Sahibkar fəaliyyətinə başlamaq istəyən insanın mütləq şəkildə biznes bacarıqları olmalıdır - İQTİSADÇI ŞƏRH ETDİ
“Biznesin qurulması üçün ilk növbədə güclü biznes ideyası lazımdır. İkinci olaraq investisiya, üçüncü olaraq biznesin idarə olunması ilə bağlı müəyyən biliklərə sahib olmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, ilk öncə mütləq şəkildə sahə üzrə geniş, ətraflı araşdırma aparılmalıdır: “Hazırda Azərbaycanda bir çox dövlət qurumları tərəfindən həyata keçirilən biznesə dəstək layihələri var və müxtəlif dövrlərdə də bu layihələr yenilənir. Eyni zamanda dövlət qurumları tərəfindən sahibkarlara müəyyən dəstək mexanizmləri var. Bu dəstəyi göstərən dövlət orqanlarının sayı çoxdur. Lakin onların arasında İqtisadiyyat Nazirliyinin özü və onun tabeliyində olan qurumlar burada üstünlük təşkil edir.
Ümumilikdə bir çox sahələr üzrə müxtəlif dəstəklər mövcuddur. Hər bir sahibkar da bu dəstəklərdən yararlana bilər. Lakin bunlara rəğmən hər bir halda sahibkar fəaliyyətinə başlamaq istəyən insanın özünün mütləq şəkildə biznes duyğusu, bacarıqları olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB