Estoniya ÜDM-nin 1%-ni Ukraynaya xərcləyib

Estoniya ÜDM-nin 1%-ni Ukraynaya xərcləyib

Estoniya ümumi daxili məhsulunun (ÜDM) təxminən 1%-ni Ukraynaya hərbi yardım kimi verib. SİA xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

1,3 milyon əhaliyə malik NATO ölkəsi gələn il ÜDM-in 2,84%-ni müdafiəyə xərcləmək niyyətindədir.

Onun sözlərinə görə, Estoniyada 2024-cü ildə bu məbləğin 3,2%-ə qədər artacağı gözlənilir.

"Biz hamımız daha çox iş görməliyik. Məsələn, Ukraynaya indi zenit sistemləri, eləcə də sursat və ağır artilleriya lazımdır", - Pevkur qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə