Azərbaycanda aqroturizmin inkişafı nə yerdədir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihənin bağlanış tədbiri keçirilib. Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanmışdır.

Bakı konfransında Azərbaycan Respublikası hökumətinin nümayəndələri, Milli Məclisin komitə sədrləri və üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, kiçik və orta sahibkarlar, fermerlər, turizm sektorunun nümayəndələri, vətəndaş cəmiyyəti üzvləri, KİV nümayəndələrinin iştirak ediblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Milli Məclisin Kənd Təsərrüfatı Komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Vüqar Bayramov, Tamam Cəfərova, Arzu Nağıyev və Müşfiq Məmmədli Azərbaycanda aqroturizmin hazırkı vəziyyəti ilə bağlı çıxışlar edərək bu sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. İqtisadi və Sosial İnkişaf Mərkəzindən Emin Məmmədov layihənin nəticələrini təqdim edib. Aqrar və turizm sektorunun hazırkı vəziyyətinin qiymətləndirilməsi ilə bağlı fikirləri isə Aqrar və Turizm sektoru üzrə ekspert Rəşad Həsənov auditoriyaya çatdırıb. Daha sonra konfrans müzakirələr ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə