“Fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir” - İDARƏ HEYƏTİNİN SƏDRİ

“Fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir” - İDARƏ HEYƏTİNİN SƏDRİ

“Bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətdə olan qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarlığının çəkisinin artması müşahidə edilir, qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər”. SİA xəbər verir ki, bu fikirləri “Üfüqdə Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” Forumu zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, statistikaya əsasən fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir: “Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir.

Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə