Corab istehsalı fabrikinin yaradılması üçün güzəştli kredit ayrılıb

Corab istehsalı fabrikinin yaradılması üçün güzəştli kredit ayrılıb

Yerli istehsala dəstək tədbirləri çərçivəsində “Azər Corab” MMC-yə corab istehsalı fabrikinin yaradılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 500 min manat güzəştli kredit ayrılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, layihənin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə