“3 min nəfəri əmək bazarına çıxarmaq niyyətindəyik” - RƏŞAD NƏBİYEV
“3 min nəfərə hazırlıq kursları keçməklə əmək bazarına çıxarmaq niyyətindəyik”. SİA xəbər verir ki, bu fikirləri Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda çıxış edərkən bildirib.
Nazir qeyd edib ki, insanların öz potensialını üzə çıxarması üçün orta təhsilin və institut təhsilinin yetərli olmadığını görürük: “Nazirlik çərçivəsində bir layihə həyata keçiririk. Universitetlər hər il İT sahəsində 3000-ə yaxın tələbəni əmək bazarına buraxmaq imkanına malikdir. Bizim məqsədimiz bu rəqəmə çatmaqla əlavə 3000 nəfərə hazırlıq kursları keçməklə əmək bazarına çıxarmaqdır”.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB