“50-a yaxın sayğacın quraşdırılması planlaşdırılır”

“50-a yaxın sayğacın quraşdırılması planlaşdırılır”

"Azəristiliktəchizat" ASC- nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub. Qeyri-əhali istehlakçıları üçün 50-a yaxın sayğacın quraşdırılması planlaşdırılır”. SİA xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı bildirib.

O qeyd edib ki, pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"in fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır: “Bundan başqa, isti su techizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan "Gəncə Cihazqayırma zavodu" ASC ile qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə