“Həyata keçirilmiş tədbirlər mövsüm ərzində Cəmiyyətə məxsus 564 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verəcək”. SİA xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı bildirib.
Əvvəlki illərlə müqayisədə "Azəristiliktəchizat" ASC-nin fəaliyyəti dövründə istilik mənbələri və istiliklə təmin olunan obyektlərin sayında kifayət qədər artım qeydə alınmışdır. Beləki, Cəmiyyətə məxsus qazanxanaların sayı 166-dan 564-ə çataraq 3,4 dəfə, yaşayış binalarının sayı 988-dən 3871-ə çataraq 3.9 dəfə, məktəblərin sayı 146-dan 287-ə çataraq 2,0 dəfə, uşaq bağşalarının sayı 84-dən 162-yə çataraq 1,9 dəfə, səhiyyə obyektlərinin sayı 61-dən 152-ə çataraq 2.5 dəfə, digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2224-ə çataraq 24,4 dəfə artım əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB