“12,7 km istilik xətləri əsaslı təmir olunub”

“12,7 km istilik xətləri əsaslı təmir olunub”

"Azəristiliktəchizat" ASC-nin istilik təsərrüfatlarında istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədi ilə 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planınında nəzərdə tutulmuş işlərin icrası başa çatdırılıb. SİA xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı bildirib.

Onun sözlərinə görə, tədbirlər planı çərçivəsində 1002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 12,7 km istilik xətləri əsaslı təmir olunub.

Bundan başqa, 1280 ədəd odluq, 397 dəst istilik mübadilə aparatları, 3026 ədəd nasos, 15486 ədəd müxtəlif diametrli siyirtmələr, 3179 ədəd mühərrik, 538 ədəd elektrik, 538 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1214 ədəd genişləndirici çən, 1862 ədəd qoruyucu klapan və 2341 ədəd əks klapan, 9150 ədəd ventil, 607 ədəd ehtiyyat su çəni, 538 ədəd qaz təsərrüfatına aid avadanlıq və qurğular təftiş olunub.

İlham Mirzəliyevin sözlərinə görə, 1348 ədəd dirsək, 250 ədəd siyirtmə, 316 ədəd ventil, 9 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 15 ədəd nasos, 190 ədəd siyirtmə, 28 ədəd mühərrik əsaslı təmir edilib; 780 ədəd qazan aqreqatı, 1474 ədəd nasos, 8715 ədəd siyirtmə, 1624 ədəd mühərrik cari təmir edilib;1 048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş yaxud 100% işlər icra edilmişdir, həmçinin 94 ədəd qazan aqreqatı və 64 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.

"İstilik xətlərində 4854,09 m2 istilik örtük qatı təmir olunmuş, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənmiş, qazanların 710,2 m2 kərpic örtüyü, 475,8 m2 izolyasiya örtüyü bərpa edilib; 632 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənmişdir və digər zəruri işlər görülüb", - İlham Mirzəliyev qeyd edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə