“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsləri davam edir

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 20:00-da “Digitalart-lab” layihəsi iştirakçılarının qrafik dizayner və illüstrator Mahir Qafarov ilə “Zoom” proqramı vasitəsilə görüşü keçiriləcək.

Dövlət Rəsm Qalerasından SİA-ya bildirilib ki, “Digitalart-lab” layihəsinin növbəti görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarında yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə