Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində

Mariinski Teatrında Cakkomo Puççininin “Toska” operası nümayiş olunub. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, tamaşada dünya şöhrətli müğənnilər - Rusiyanın Xalq artisti Anna Netrebko (Toska), Azərbaycan Respublikasının Xalq artisti Yusif Əyvazov (Kavaradossi) və istedadlı gənc vokalçı, Prezident təqaüdçüsü və mükafatçısı Məhərrəm Hüseynov (Ancelotti) çıxış ediblər.

Tamaşanın musiqi rəhbəri və baş dirijoru Rusiyanın Xalq artisti Valeriy Gergiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə