Yaponiya və Azərbaycan vətəndaşları arasında loqo yarışması elan olunub
Yaponiya-Azərbaycan dostluq ilinin 30-cu ildönümü münasibətilə iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo yarışmasına start verilib.
SİA-nın məlumatına görə, seçilmiş loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq.
Qalib loqo sahibinə Yaponiya səfiri tərəfindən veriləcək sertifikatla yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribüteri “Global Electronics Azerbaijan” tərəfindən də “Bluetooth” qulaqcıqlar hədiyyə olunacaq.
Müsabiqədə yalnız Azərbaycan və ya Yaponiya vətəndaşları iştirak edə bilər.
Loqonun üzərində mütləq olaraq “Japan”, “Azerbaijan”, “30” (ingilis dilində) atributikaları istifadə olunmalıdır. Loqodakı yazı və ya rəqəmlər şəklin alt, üst və ya yanında olmaqla bir neçə versiyada təqdim oluna bilər.
Müraciət etmək üçün loqolar [email protected] mail ünvanına göndərilməlidir. Maili göndərən zaman bir mailin həcminin 10 Mb-dan böyük olmamasına fikir verməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, müraciət sayında məhdudiyyət yoxdur, 1 nəfər bir neçə dəfə də müraciət edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB