"Digitalart-lab” layihəsinin növbəti görüşü olacaq

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 20:00-da dizayner rəssam Hüseyn Rzayev ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü olacaq.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, görüşü qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə