Milli Arxiv İdarəsi və qurumları diplomlara layiq görülüb FOTOLAR
2020-ci ildə faşizm üzərində qələbənin 75 illiyinin qeyd edilməsi məqsədilə MDB ölkələri və digər xarici ölkələrdə müxtəlif tədbirlər təşkil edilib. Tədbirlərlə yanaşı, bu mövzuda müxtəlif sərgilər, virtual və onlayn layihələr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Azərbaycan arxivləri də sözügedən tədbirlərdə fəal iştirak edib, xalqımızın 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin qazanılmasında göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini, igid oğul və qızlarımızın ön və arxa cəbhədə fəaliyyətlərini, qəhrəman neftçilərimizin əməyini əks etdirən arxiv sənədləri müxtəlif sərgilərdə nümayiş olunub.
Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, belə sərgilərdən biri Rusiyada fəaliyyət göstərən Leninqrad vilayəti Dostluq Evi tərəfindən həyata keçirilib. “Arxivlər danışır...” devizi altında reallaşan sərgidə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi və Dövlət Kino-Foto Sənədləri Arxivi iştirak edib. Arxivlərimiz tərəfindən təqdim olunmuş sənədlər böyük maraq doğurub.
“Arxivlər danışır...” sərgisində fəal iştirak etdiyinə görə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Dövlət Arxivi və Dövlət Kino-Foto Sənədləri Arxivi təşkilatçı tərəfindən diplomlara layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB