Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbi pandemiya dövründəki çətinliklərə rəğmən mədəniyyətimizi beynəlxalq səhnələrdə uğurla təbliğ edir. İdarədən SİA-ya bildirilib ki, məktəbin vokal ixtisas müəllimi Güllübəyim Məmmədovanın qazandığı uğurlar da bu qəbildəndir. İfaçılıq ustalığını inkişaf etdirmək məqsədilə həm özü, həm də şagirdləri müxtəlif beynəlxalq müsabiqələrdə öz ifalarını yüksək səviyyədə nümayiş etdirərək laureat adına layiq görülüblər.
Güllübəyim Məmmədova İspaniyada keçirilən “Online Wave” müsabiqəsində ölkəmizi uğurla təmsil edərək 1-ci dərəcəli diplomla laureat adına layiq görülüb. Çoxsaylı ölkələrdən olan iştirakçılar arasında keçirilən müsabiqədə ifalar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB