Alman lüteran kilsəsi haqqında videoçarx hazırlanıb VİDEO

Alman lüteran kilsəsi haqqında videoçarx hazırlanıb VİDEO

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Alman lüteran kilsəsi (Şəmkir, 1909) barədə hazırlanan videoçarxı təqdim edib. Nazirlikdən SİA-ya bildirilib ki, Alman lüteran kilsəsi 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi Azərbaycanın Şəmkir şəhərində yerləşir.

Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilmişdir və abidə kimi qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə