“Bu günün təqvimi” rubrikası davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının “Bu günün təqvimi” rubrikası davam edir. SİA-nın məlumatına görə, rubrikanın növbəti videoçarxı Əməkdar artist Vəfa Fətullayevanın anadan olmasının 75 illiyinə həsr edilib.

Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə daxil olan aktrisa 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olaraq 42 yaşında vəfat edib.

Videoçarxla kitabxananın “YouTube” səhifəsində tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə