İtaliyada vəfat edən azərbaycanlı ifaçı Bakıda dəfn olundu FOTOLAR

İtaliyada dünyasını dəyişən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn edilib. SİA-ya Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, o, paytaxtın “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə dostları iştirak edib.

Xatırladaq ki, Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə