“Sevilənlər sevənlər” rubrikası altında keçirilən canlı yayımlar davam edir
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımları müvəffəqiyyətlə davam etdirir. Növbəti belə görüş transpersonal psixoloq İlqar Kərimov ilə keçirilib. SİA-nın məlumatına görə, kitabxananın təşkilatçılığı ilə keçirilən canlıya 100-lərlə izləyici qatılıb. Qonaq ilk növbədə transpersonal psixologiya, psixoterapiya, psixiatriya və psixologiya terminləri haqqında danışıb, onların tərifini verərək, bu anlayışlar arasında olan fərqi izləyicilərin diqqətinə çatdırıb. Həmçinin müsahib müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, fərdi inkişafın mühüm nüanslarından, ehtiyac yarandıqda ailə terapiyalarının keçirilməsi zəruriyyətindən də söhbət açıb. Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı müsahibəni aparan kitabxananın şöbə müdiri Günay Həsənovanın da suallarını cavablandırıb. Canlı yayım zamanı yoqa terapiya, Şərq döyüş növləri, özünümüdafiə metodları və s. mövzular ətrafında diskussiyalar aparılıb. Canlı yayımda təlaş, posttravmatik pozuntular, nevroz və s. mövzular da müzakirə edilib.
İzləyicilər transpersonal psixoloq İlqar Kərimov ilə olan canlı yayıma https://www.instagram.com/p/CEHtDJgC-Ah/ linkı vasitəsilə baxa bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB