Arif Məlikovun yaradıcılığına həsr olunmuş konsert təqdim olunub
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı konsert proqramı təqdim olunub. SİA-nın məlumatına görə, ölkəmizdə tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların incəsənətimizə yaxın olması məqsədilə aprelin 1-dən start verilən layihə çərçivəsində reallaşan təqdimatlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) yaxından iştirak edərək dəstək olur.
Layihənin “Əbədiyaşarlarımız” adlı təqdimatının bu həftəki buraxılışı görkəmli bəstəkar , Xalq artisti Arif Məlikov yaradıcılığına həsr olunub.
Canlı yayımda BMM-nin solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə çıxış ediblər. Solistlərin ifasında muğamlarımız, xalq mahnıları və təsniflər səsləndirilib. Xanəndələr karantin günlərində BMM -nin onlayn layihələrində fəaliyyətləri ilə bağlı təəssüratlarını da tamaşaçılarla bölüşüblər.
Verilişdə həmçinin ADMİU-nin maqistri, rəssam Röya Həsənova qonaq olaraq layihəyə töhfə olaraq bəstəkar Arif Məlikovun portretini təqdim edib.
Qeyd edək ki, layihələrin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB