Murad Hüseynovun konserti təqdim olunacaq

Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə layihəsi olan "Bizi birləşdirən mədəniyyət" verilişi 8 aprel saat 17:45-də Xalq artisti, professor, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim edəcək. SİA-nın məlumatına görə, Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə baş tutan konsert proqramı Riqa şəhərində lentə alınıb.

Qeyd edək ki, layihədə BMM də yaxından iştirak edərək dəstək olur.

Bütün xəbərlər Facebook səhifəmizdə