Musiqiçilər #evdəqalmusiqisizqalma çağırışına qoşulublar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tar müəllimi Bəhram Əliyev və xanımı, həmin məktəbin fortepiano müəllimi Xatirə Əliyeva #evdəqalmusiqisizqalma çağırışına qoşularaq gözəl musiqi ifa ediblər.

İdarədən SİA-ya bildirilib ki, musiqiçilər ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına qarşı görülən tədbirlərlə əlaqədar, əhaliyə evdə qalıb nikbin əhval-ruhiyyəni qorumağı tövsiyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə