Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kitabxanaçıların peşə ustalığı üzrə "İlin kitabxanaçısı – 2010" respublika müsabiqəsi haqqında Əsasnamə hazırlanıb və təsdiq edilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Müsabiqə Komissiyasına kitabxanaçı mütəxəssislər tərəfindən təqdim olunan innovasiya proqramları, kitabxananın informasiya resurslarının təbliğatının təşkili, qarşıda duran aktual problemlərin həllinə dair təkliflər, kitabxanaçı mütəxəssislərin fərdi keyfiyyətləri, habelə onların şəhər, rayon, respublika əhəmiyyətli tədbirlərdə və Nazirlik tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakları nəzərə alınıb.
Müsabiqəni təşkil etməkdə məqsəd dövlət proqramı çərçivəsində kitabxanaların cəmiyyətin həyatında rolunun artırılması, kitabxana işçilərinin peşə ustalığının qiymətləndirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, kitabxanaçı peşəsinin nüfuzunu artırılmasıdır.
Müsabiqə komissiyasının yekun rəyinə əsasən I mükafata - Gəncə şəhər MKS-nin şöbə müdiri Gülnaz İsgəndərova, II mükafata - Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova, III mükafata - Bərdə rayon MKS-nin kitabxanaçısı Fəxriyyə Quliyeva layiq görülüb.
Müsabiqədə qalib gələn kitabxanaçı mütəxəssislər "İlin kitabxanaçısı – 2010" respublika müsabiqəsi haqqında Əsasnaməyə uyğun olaraq Nazirliyin Fəxri Fərmanı və pul mükafatları ilə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB