“Jara” Musiqi Festivalına gedənlərə 40 marşrut ayrılıb

“Jara” Musiqi Festivalına gedənlərə 40 marşrut ayrılıb

Bu gündən iyulun 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün marşrut təşkil ediləcək. SİA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilib ki, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağından Nardaran qəsəbəsinə və “Sea Breeze” İstirahət Mərkəzinə hərəkət edəcəklər. Ümumilikdə, 40 avtobus "Jara " Festivalına sərnişin daşıyacaq.

Atobuslar saat 15:45-dən fəaliyyət göstərəcək. Tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması da təmin ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə