"İsmayıl Şıxlı ömrünün sonunadək qələminə sadiq qalıb" - Mövqe

"İsmayıl Şıxlı ömrünün sonunadək qələminə sadiq qalıb" - Mövqe

"İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyi, zəngin bədii yaradıcılığı var. Görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, onun psixologiyasını, dünya görüşünü əks etdirməyə xüsusi diqqət yetirib". Bu sözləri Xalq şairi İsmayıl Şıxlının yaradıcılıq gecəsində təhsil naziri Ceyhun Bayramov bildirb.

O, əlavə edib ki, bununla yanaşı,ədib bir vətəndaş kimi də Azərbaycanın ən çətin günlərində sözünü deməkdən çəkinməyib: "O, 1990-cı ilin Qanlı yanvar hadisələri zamanı əsl vətəndaş, ziyalı mövqeyi nümayiş etdirib. Yazıçı ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib".

Bütün xəbərlər Facebook səhifəmizdə