"Onun əsərlərinin fotosurəti də qiymətlidir" - MÖVQE

"Onun əsərlərinin fotosurəti də qiymətlidir" - MÖVQE

"Rəssam olmaq yaradıcı insandan böyük qabiliyyət tələb edir. Azərbaycan əsilli rəssam İbrahim Səfi, türk dünyasının unudulmaz rəssamlarından biridir. Yaradıcılığının böyük hissəsi Türkiyə ilə bağlı olan rəssam yüzüncü sərgisini təşkil etdikdən sonra vəfat edib. Rəssam sovetlər dönəmində bir o qədər tanınmasa da, Türkiyədə ən böyük sənətkarlardan biri olub". SiA-nın məlumatına görə, bu sözləri Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov rəssam İbrahim Səfi barədə keçirilən tədbirdə bildirib. Akademik əlavə edib ki, İbrahim Səfinin yüzlərlə əsəri həm Türkiyədə, həm də dünyada məşhurdur: "Onun nəinki əsərlərinin özü, hətta fotosurəti də qiymətlidir. O, ilk dəfə olaraq Atatürkün şəklini özünə baxaraq portertləşdirib. Atatürkün dünyanın tanınmış rəssamları tərəfindən çəkilmiş çoxlu şəkilləri var, ancaq İbrahim Səfinin çəkdiyi şəkil bizim üçün doğmadır".

Bütün xəbərlər Facebook səhifəmizdə