“YARAT” Film Klubunda rejissor Həsən Seyidbəylinin “Nəsimi” tarixi filmi kinosevərlərə təqdim edilib. SİA-nın məlumatına görə, tədbirin qonağı Xalq artisti Əbdül Mahmudov olub.
Film Azərbaycan xalqının görkəmli şairi və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilib.
Ekran əsəri 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb. Əsas rolun ifaçısı, Xalq artisti Rasim Balayev də yaratdığı rola görə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB