ATMU-da Azərbaycan Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, Universitetin Tələbə Gənclər Təşkilatı ”Vətənpərvərlik” klubunun təşəbbüsü ilə keçirilən “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarının 1918-ci il iyunun 24-də Gəncə şəhərində verildiyini,1918-ci ilin noyabrında isə Bakıda Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olması barədə növbəti qərarın qəbul edildiyini diqqətə çatdırıb.
Rektor təbrik nitqində xüsusi olaraq vurğulayıb ki,“Minbir müşkülatla qaldırılan” O şanlı bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.
“Bayrağımız qürur mənbəyimizdir”adlı tədbirn iştirakçılarından İctimai fənlər kafedrasının müəllimi Bünyamin Qənbərov , müvafiq struktur rəhbərləri- Anar Mirzəyev, Anar Fərmayılov, TGT ”Vətənpərvərlik” klubunun üzvləri qeyd ediblər ki, ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı, həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr 1918-ci il tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, milli dövlət bayrağımızı işğal altında qalan vətən torpaqlarında dalğalandırmaq məhz bugünkü gəncliyin şərəf borcudur.
Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunan tədbir ATMU TGT “Vətənpərvərlik” klubu üzvlərinin hazırladıqları xüsusi videoçarxın nümayişi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB