Milli Arxiv İdarəsi seminar-məşğələlərini davam etdirir

Milli Arxiv İdarəsi seminar-məşğələlərini davam etdirir

Milli Arxiv İdarəsi cari ildə respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə seminar-məşğələləri davam etdirir.

Milli Arxiv İdarəsindən SİA-ya məlumat verilib ki, növbəti seminar Dövlət Tarix Arxivində reallaşıb. Seminar- məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Natiq Eminov, Həbib Həsənov və Solmaz Fərəcova tərəfindən aparılıb. Seminarın sonunda rayon arxivlərini maraqlandıran məsələlər barədə geniş müzakirə edilməklə yanaşı, idarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə təhvil verilib.

Qeyd edək ki, seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi, habelə dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə