Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 22-də Rotunda caz klubunda Mixil Bortslap triosu konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, hollandiyalı pianoçu Mixil Bortslap Telonius Monk müsabiqəsinin qalibidir. Oktyabrın 22-də Rotunda caz klubunda, həmçinin kolumbiyalı musiqiçi Edmar Kastanedanın konserti olacaq. O, arfada Latın Amerikası caz kompozisiyalarını təqdim edəcək. Həmin gün "Cine" klubunda isə "Günəşli vadinin serenadası" filmi nümayiş etdiriləcək.
Qeyd edək ki, filmin rejissoru Brüs Hamberstoundur.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB