Sentyabrın 19-da Azərbaycanın xalq artisti Alim Qasımov Londonda konsert verəcək. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlər Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, konsert "Barbican" adlı konsert salonunda baş tutacaq.
Londondakı "Azərbaycan Evi"nin təşkil etdiyi konsertdə xalq artisti "Kronos" kvarteti ilə birgə "Ramazan Gecələrinin bir parçası kimi" adlı proqram nümayiş etdirəcək. Alim Qasımovla eyni səhnəni qızı Fərqanə Qasımova və Əfqanıstan müğənnisi Humayun Sakhi də bölüşəcək.
Azərbaycan musiqiçilərinin Londona səfəri sentyabrın 18-də başlanacaq. Musiqiçilər sentyabrın 20-də Vətənə qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB