May ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi və son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. SİA-nın məlumatına görə, bu məqsədlə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tələblərinə həsr olunmuş seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Azərbaycan Standartlaşma İnstutunun baş direktoru vəzifələrini icra edən Namiq Tağıyev ölkənin multikultural dəyərlərini özündə ehtiva edən yeni hal turizm modelinin yaradıldığını bildirib. O, Prezident İlham Əliyevin qeyri-neft sektorunda xüsusi payı olan turizm sənayesinin inkişafına dəstəyini xüsusi ilə vurğulayıb: " Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son illərdə əldə olunmuş dayanıqlı sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatını ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurot imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşurutlarının çoxaldılması istiqamətində böyük işlər həyata keçirilib.
Son zamanlar müsəlman ölkələrindən ölkəmizə çoxsaylı turist axınını və may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi halal turizmlə bağlı beynəlxalq təcrübə öyrədilir. "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəlir.
"Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartı halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, otellər və digər mehmanxanalar tipli obyektlər üçün "Halal İdarə Sistemi" ni əhatə edir. Müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsipinə uyğun olaraq yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli keçirilməsi üçün standartda bir sır tələblər öz əksini tapıb. Belə ki, bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz ətindən istifadə olunmur. Yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu və apa xidmətləri göstərilir. Ramazan ayında mehmanxana ziyarətçilərinə xüsusi xidmətlər göstərilir. Bir sözlə müsəlman turistlərin yaşayışı, turların təşkili və digər səmərəli istirahət üçün bütün tələblər bu standartda nəzərə alınır".
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov son dövlərdə ölkəmizdə turizmin inkişafı istiqamətində görülmüş işlərdən danışıb: "Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz tövhəsini verib. Belə ki, Körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Bu ölkələrin əksəriyyətindən ölkəmizə gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Belə ki, 2015-ci ildə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudi Ərəbistandan və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründən İrandan 2 dəfə çox turist gəlib. Bu ilin mart ayında Novruz bayramı mübnasibətilə İrandan gələn turistlərin sayı 70 minədək artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB