Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə sərgi açılacaq

Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə sərgi açılacaq

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 3 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə kitab sərgisi açılacaq. Kitabxanadan SİA-ya bildirilib ki, sərginin təşkil olunmasında məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliəyə həvəsləndirməkdir. Sərgi çərçivəsində uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onlar ölkəmizdə son ildə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış olacaqlar.

Tədbirdə balacaların sevimli şair və yazıçılarından Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Elvira Məmmədli, Gülzar İbrahimova, Zahid Xəlil, Rafiq Yusifoğlu və digər uşaq yazarlarının və nəşriyyatların iştirakı nəzərdə tutulub.

Həmçinin sərgidə 2017-ci ilin "İslam Həmrəyliyi İli" olması ilə əlaqədar "İslam dünyasının uşaq ədəbiyyatı inciləri" başlığı altında islam dövlətlərinin uşaq ədəbiyyatları geniş şəkildə nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə