Martın 11-də Azərbaycan Xalça Muzeyində "Novruz ənənələri" adlı seminar təşkil olunacaq. Muzeydən SİA-ya bildirilib ki, seminar Bakı Dövlət Universitetinin professoru Şirin Bünyadovanın rəhbərliyi ilə aparılacaq. Seminar çərçivəsində mühazirələr də dinlənəcək. Mühazirələrdə Novruz bayramının yaranma tarixi və Novruz adət-ənənələrindən danışılacaq.
Azərbaycan dilində aparılacaq mühazirələrdə hər kəs iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB