Filmlərə ssenari yazanlar üçün yeni müsabiqəyə start veriləcək. Bu barədə SİA-ya Kinomatoqrafçılar ittifaqının icraçı direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib.
Onun sözlərinə görə, 2017-ci ilin fevral ayında başlayacaq və bu müsabiqə "Yeni nəfəs" ssenari müsabiqəsindən tamamilə fərqlənəcək: "Müsabiqəyə fevral ayında start veriləcək. Lakin bu o demək deyil ki, "Yeni nəfəs" müsabiqəsi işiə yekun vuracaq. Müsabiqə öz axarı ilə davam edəcək. Yeni müsabiqə fərqli səpkiyə həyata keçiriləcək".
C. Quliyev əlavə edib ki, eyni zamanda ssenari müəllifləri üçün master-klasslar da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB