Qusar rayonundakı Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlərimizi yaşadaq" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov açıb və "Multikulturalizm ili" çərçivəsində rayonda müxtəlif tədbirlərin həyata keçirildiyi qeyd edib.
Rayon MKS-nın direktoru Zahir Mustafayev, tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova Azərbaycanda multikulturalizmin yaşam tərzi olduğunu söyləyib və multikultural dəyərlərin hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmasının vacib olduğunu bildirib.
Tədbirdən sonra iştirakçılar yerli yazarların əsərlərindən ibarət sərgiyə baxış keçirmiş və Zəminə Bəkərovanın ev-muzeyi eksponatları düzülmüş "Keçmişdən bu günə"adlı guşə ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB