"Şəhzadə Şəmsin sehirli fırçası" FOTOLAR

"Şəhzadə Şəmsin sehirli fırçası" FOTOLAR

Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Şəhzadə Şəmsin sehirli fırçası" adlı sərgi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgi Bilik gününə həsr olunub.

Qalereyanın rəsm dərnəyinin üzvü olan azyaşlı rəssamın sərgisinin keçirilməsində məqsəd istedadlı körpə fidanlara dəstək olmaq və onların incəsənətə olan marağını daha da artırmaqdır. Sərgidə ümumilikdə 15 rəsm, 5 dekorativ tətbiqi sənət işi təqdim olunub. Tədbirdə kiçik rəssamın ailə üzvləri, dostları, Şəhər Mədəniyyət Evinin rəsm dərnəyinin üzvləri iştirak edərək ona dəstək olublar, xoş arzularını çatdırıb, uğurlar diləyiblər.

Tədbirin sonunda kiçik rəssam fəxri fərmanla təltif olunub. Tədbirdə Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvləri, gənc müğənnilər Zaur Yusifli, Kamil Ağazadənin öz mahnı sovqatları ilə kiçik rəssamı təbrik ediblər. Tədbirdə Kamil Ağazadənin rəhbərliyi ilə rəqs qrupunun ifasında şərq ölkələri rəqsləri maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə