Müsabiqə qalibləri müəyyənləşib FOTOLAR

Müsabiqə qalibləri müəyyənləşib FOTOLAR

Bakı Xətai Sənət Mərkəzində açılan "İstedad sorağında-2" adlı müsabiqə sərgisinin qaliblərinin adları açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan müsabiqədə 15-35 yaş arası 75 fırça ustası iştirak etmək hüququ qazanıb.

Seçim 10 ballıq şkala üzrə 5 münsif tərəfindən aparılıb. Müsabiqədə birinci yerə Rafael Əzimzadə, ikinci yerə Füzuli Əlizadə, üçüncü yerə isə Kəmalə Məmmədova layiq görülüblər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Müsabiqədə iştirak edən digər iştirakçılara isə müxtəlif həvəsləndirici mükafatlar verilib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə