Dənizkənarı Milli Parkda rəqs üzrə açıq dərslər keçirilir. SİA-nın verdiyi xəbərə görə, dərslər pulsuz təşkil edilib. Açıq dərslər yay mövsümü ərzində Azərbaycan Gənclər İttifaqı (AGİ), ARA, Jam SS rəqs studiyası və Bulvar administrasiyasının dəstəyi ilə həyata keçirilir. Dərslərə qatılmaq istəyən şəxs hər bazar günü saat 18:00-dan 21:00-dək Dövlət Kukla Teatrının arxasındakı açıq meydançaya gələ bilər. Dərslər JamSS studiyasının peşəkar müəllimləri tərəfindən keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB