Qubada "Turizm masası" təşkil edilib

Quba Turizm İnformasiya Mərkəzi və Quba Mərkəzi Kitabxana Sistemi-nin birgə səyi nəticəsində Uşaq qiraət zalında və kitabxananın ümumi fondunda "Turizm masası" təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, masada Quba TİM-in nəşrləri ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri, Qubada fəaliyyət göstərən istirahət mərkəzlərinin tanıtım bukletləri, Quba Memorial Soyqrım Kompleksinə aid nəşrlər və s. sərgilənir.

Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin inkişafı iqtisadiyyatımızın güclənməsi, gəlirlərin xeyli artması və ən əsası, regionların sosial-iqtisadi inkişafının əsasını təşkil edə bilər. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Quba rayonunun da turizm imkanları olduqca genişdir. Məhz "Turizm masası"-nın yaradılması, kitabxanaya gələn oxucuların turizm sektoruna marağının artırılması, bölgənin turizm imkanlarının təbliği funksiyasını daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə