Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Varşavada ölkəmizə həsr edilmiş sərgi açılıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, sərgi Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plak Bankooui meydanında təşkil edilib.
Varşavanın ən böyük meydanlarından biri olan Plak Bankooui şəhər mərkəzində yerləşir və eyni zamanda mühüm nəqliyyat kəsişməsi rolunu oynayır.
Varşavanın tanınmış tarixi turistik məkanlarından biri olan Plak Bankooui meydanını hər gün minlərlə insan ziyarət edir.
Azərbaycanın Polşada təbliğinə həsr edilmiş sərgidə ölkəmizin tarixi abidələrinə və müasir memarlığına dair fotoşəkillər və təbiət mənzərələri nümayiş etdirilir.
Sərgidə, həmçinin Azərbaycanın əsas turizm istiqamətlərini özündə əks etdirən fotolar da Varşava sakinlərinin diqqətinə təqdim olunub.
Açıq havada təşkil olunmuş sərgi iyulun sonunadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB