Qusar Dövlət Ləzgi Dram Teatrı Dərbənddə səfərdə olub FOTOLAR

Qusar Dövlət Ləzgi Dram Teatrı Dərbənddə səfərdə olub FOTOLAR

Qusar Dövlət Ləzgi Dram Teatrı Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, dramaturq Asəf Mehman "Sədəf" tamaşası ilə Dərbənd şəhərində qastrol səfərində olub.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru Faiq Qardaşov, tərtibatçı rəssamı Marina Mahmudovadır.

Səhnə əsərində əsas rollarda teatrın aktyorları Bağır Əhmədov (Murtuz), Jalə Qurbanova (Şahnabat), Yalçın Qaraxanov (Həmzəbəy), Kifayət Yusifova (Sədəf) və başqaları çıxış edib.

Tamaşa Dərbənd şəhərində S.Stalski adına Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrının binasında nümayiş olunub.

Qusar teatrının kollektivinə Dərbənd şəhər nümayəndəliyi tərəfindən fəxri fərman təqdim edilib.

Qeyd edək ki, teatr kollektivi növbəti səfərini Mahaçqala şəhərinə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə