Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrında görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" adlı iki hissəli dram əsərinə daxili baxış olub. SİA-nın verdiyi xəbərə görə, vətənpərvərlik mövzusunda olan bu əsərə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Xalq teatrının rejissoru Bayram Qurbanov quruluş verib. Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və qəhrəmancasına döyüşlərdə həlak olmasından bəhs edir. Tamaşanın əsas ideyası igid əsgərlərimizin mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa və döyüşlərdə iştirak etməyə çağırır. Baş qəhrəman Rəhim rolunda Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Müqəddəs Yekayev, ana rolunda Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Fəridə Aslanova, Aslan rolunda rejissor Bayram Qurbanov, digər rollarda Kənan Şəkərov, Fərid Əzimov, Günel Mehdiyeva, Şahin İsayev, Sərxan Boranlı, Qaragöz Məmmədova, Hicran Hüseynzadə, Havva Əliyeva, Gülşad Xəlilova çıxış ediblər. Tamaşa iyun ayında ictimaiyyət nümayəndələrinin ixtiyarına veriləcək.

.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB