Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib

Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirin açılışını edən Musiqi Mədəniyyəti Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, xalq artisti Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan, ölkəmizi beynəlxalq səviyyədə təmsil edən peşəkar musiqiçidir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində olduğu dövrdə F.Əlizadənin bir sıra nüfuzlu beynəlxalq tədbirləri, xüsusilə "İpək yolu" festivalını təşkil etdiyini bildirib. O, həmçinin, bəstəkarın istedadlı musiqiçilər yetişdirən müəllim olduğunu, Berlində də pedaqoji fəaliyyət göstərdiyini vurğulayıb.

Sonra Firəngiz Əlizadənin həyatı və zəngin yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri, musiqişünaslar, Bakı Musiqi Akademiyası və Bakıdakı muzeylərin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə