Teatr kollektivi sosial proqram çərçivəsində konsert verib

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi sosial proqramlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramı ilə çıxış edib. Teatrın Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, musiqili-əyləncəli tədbirdə Azərbaycan Respublikasının əməkdar artistləri Novruz Qartal, Almaz Ələsgərli, Naidə Orucova, Əkbər Əlizadə, istedadlı aktrisa Ülviyyə Əliyeva, vokalçı artist Gülnarə Kərimbəyova və Xor və Balet truppasının üzvləri iştirak ediblər.

Konsert proqramı çərçivəsində Dövlət Musiqili Teatrının cari repertuarında olan, tamaşaçıların hər zaman sevə-sevə və böyük maraqla izlədiyi tamaşalardan parçalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Bu münasibətlə mərkəzin rəhbəri Rəhilə Həsrətova, Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə təşəkkür məktubu yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə