"Ceyms Bond" filminin 4 buraxılışı ilə adını dünya kinematoqrafiyasına yazdıran ingilis rejissoru Qay Hemilton 93 yaşında dünyasını dəyişib. SİA-nın Guardian-a sitinadən verdiyi xəbərə görə, rejissor İspaniyanın Palma-de-Mayorka şəhərindəki xəstəxanalardan birində vəfat edib.
Qeyd edək ki, Hemilton Ceyms Bond haqqında "Qızıl barmaq" (1964), "Ölümsüz brilliantlar" (1971), "Yaşa və ölməyə icazə ver" (1973) və "Qızılı silahlı adam" (1974) filminin rejissorudur. O, ümumilikdə, 20-yə yaxın ekran əsəri lentə alıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB