Azərbaycan Almatıda turizm sərgisində iştirak edir FOTOLAR

Azərbaycan Almatıda turizm sərgisində iştirak edir FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 20-22 apreldə Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2016" beynəlxalq turizm sərgisində təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, habelə "Millennium Tourism & Congress DMC", "Falcon Travel", "The Tour", "Billur tour", "Geo travel" və "Flame Tour" turizm şirkətlərinin, eləcə də, "Şahdağ" Turizm Mərkəzinin əməkdaşları daxildir.

Bununla yanaşı, sərgidə "Çinar Hotel & SPA Naftalan" mehmanxanası ayrıca stenddə təmsil olunur.

Sərgidə 46 kv.m-lik sahədə ölkəmizin turizm imkanlarını əks etdirən xüsusi stend quraşdırılıb. Stendimizə baş çəkən qonaqlara Azərbaycan turizmini təbliğ edən ingilis və rus dillərində reklam-çap məhsulları təqdim olunur.

Qeyd edək ki, bu il "KİTF 2016" sərgisində ölkəmizlə yanaşı, 31 ölkədən 300-dən artıq şirkət təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə