Nazir xarici ölkələrdəki turizm nümayəndəlikləri ilə görüşüb FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Körfəz ölkələrində, Almaniyada, Rusiya və Türkiyədə olan turizm nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə artıq 3 ildir ki, fəaliyyət göstərən "Atlantis Holidays" şirkəti və 2 ilə yaxındır ki, çalışan "Aviareps" şirkətinin hesabatı dinlənilib, hər iki nümayəndəlik gələcəkdə görüləcək işlər haqqında məlumat verib.

Daha sonra bu il Rusiyada yaradılan "Tur A Vent" şirkəti 2 ay ərzində gördüyü işlər və il ərzində təsdiq olunmuş tədbirlər planı haqqında məlumatı diqqətə çatdırıb.

Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi olan "Gateway" şirkəti isə görüləcək işlər haqqında çıxış edib.

Görüşdə Əbülfəs Qarayev çıxışı zamanı turizm sahəsinin iqtisadiyyatın prioritet sahələrindən olduğunu və turizmin hansı istiqamətlərinin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Bundan əlavə hər bir turizm nümayəndəliyinin Azərbaycanı təmsil etdiyi ölkələrdən turistlərin necə cəlb olunması haqqında tövsiyə və tapşırıqlarını verib.

Eyni zamanda, bildirib ki, reklam işinin təşkili üzrə müxtəlif təqdimatların keçirilməsi və sosial mediada daha aktiv fəaliyyət göstərilməsi nümayəndəliklərin əsas vəzifələrindən biri olmalıdır.

Nazir həmçinin, qeyd edib ki, Azərbaycanda hər il keçirilən beynəlxalq mədəni proqramlar və festivallara turistlərin cəlb olunması vacibdir. O, bu istiqamətdə işlərin görülməsi ilə bağlı tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə