Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Mədəniyyət təsisatlarına metodiki dəstək" mövzusunda seminar keçirilib, habelə Elmi-Metodiki Mərkəzin hazırladığı metodiki vəsaitlərin təqdimatı olub. Mədəniyyət və Turizm NAzirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Şirvan şəhərinin, Hacıqabul, Neftçala, Sabirabad rayonlarının mədəniyyət işçiləri ilə yanaşı, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun üzvləri də iştirak ediblər.
Tədbir Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Şıxəliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev və Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanovun iştirakı ilə keçirilib.
Seminar zamanı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayon mədəniyyət təsisatlarında (muzeylər, mədəniyət mərkəzləri və onların fililalları) çalışan işçilər və Mərkəzin hazırladığı vəsaitlərin müəllifləri Elnarə Hacıyeva, Pakizə Almazova, Aygün Balabəyova, Afaq Ağayeva, Pərvanə Hüseynova, Vəfa Yüzbaşiyeva və Abdurəhman Əmirxanov hazırladıqları metodiki vəsaitlər barədə məlumat veriblər.
Qeyd edək ki, seminarda həmçinin, gələcəkdə hazırlanması zəruri hesab olunan metodiki vəsaitlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB