Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" tədris teatrında "Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu" mövzusunda seminar, habelə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytının və facebook səhifəsinin təqdimat mərasimi keçirilib.
Universitetin rəhbər heyətinin və tələbələrin iştirakı ilə təşkil olunmuş tədbir çərçivəsində Mərkəzin rəsmi saytı təqdim olunub. Məqsəd gənclərin mədəniyyətimizə daha yaxın olub onun fəal təbliğatçıları olmasıdır.
Tədbir zamanı mövzu ətrafında Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov və digər əməkdaşlar çıxış ediblər.
Təqdimat mərasimində istifadəyə verilən Mərkəzin saytı və facebook səhifəsinin xəbərlərindən faydalanmaqdan, əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyətindən danışılıb.
Xüsusi olaraq mərkəzin nəzdində yaradılmış "Gənc mədəniyyət işçilərin koordinasiya kreativ qrupu" ndan tələbələrin faydalanması və könüllü olaraq həmin qrupa üzv olmaq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Mərkəzin direktoru tərəfindən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoruna tədbirin keçirilməsinə yaratdığı şəraitə görə təşəkkürnamə məktubu və bir neçə tələbəyə Fəxri diplomlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB